Microsoft təqdim etdiyi kuriklum əsasında təlimlərdən və pulsuz məzmundan inkişafınız üçün faydalanın.
Dünyanın hər yerində tanınan beynəlxalq sənaye sertifikatları əldə etmək üçün biliyinizi sınayın.
Microsoft müştəriləri və tərəfdaşlarında pulsuz təcrübə qazanın və səriştəli ekspertlər ilə ünsiyyətdə olun.
Müştəri və tərəfdaşların ideya və ssenariləri üzrə Əşyaların İnterneti layihələrini reallaşdırın.
Süni intellektin və maşın öyrətməsinin tətbiqinə əsaslanan layihələrdə təcrübə toplayın.
Microsoft təqdim etdiyi kibertəhlükəsizlik həlləri və xidmətlərini sınaq mühitində öyrənin və yoxlayın.
Microsoft Lab-da əşyaların interneti üzrə təlimlər keçirilir. "İoT maker" təlim proqramına qoşularaq, peşəkar təlimçilərin və mentorların köməkliyi ilə 8 ay ərzində proqramçılıq, elektronika və robototexnika bilikləri almaq və real layihələrin icrasına qoşulmaq mümkündür. Bu səbəbdən "İoT maker" təliminə qoşulmağa tələsin
Ətraflı QeydiyyatLayihə sifariş et
Əşyaların interneti, Süni intellekt, Maşın öyrənməsi, Kibertəhlükəsizlik, Biznes proseslərin
Avtomatlaşdırılması, verilənlərin analizi və vizuallaşdırılması və s. istiqamətlərində layihə
təkliflərinizi (senariləri) sorğu anketi vasitəsilə bizə bildirin. Bizim mütəxəssislər bu
layihənin texniki şərtlərini hazırlayıb, proqramçılar və İT startaplarilə birlikdə ilkin
prototipi hazırlayacaqlar. İlk 9 layihə pulsuz icra ediləcək. Layihəni təqdim etməyə tələsin
Layihə icra et - Təcrübə proqramına qoşul
Siz innovativ ideyaları və layihələri olan gənc startap, proqramçı və tələbəsiz. Sizin öz layihə
ideyanız var və yaxud bizim bazada olan senarilərdən hər hansı birini icra etmək niyyətindəsiz.
Bu halda Siz Microsoft Lab-da fəaliyyət göstərərək, burada təqdim edilən xidmətlərdən istifadə
edərək layihənizi reallaşdıra bilərsiz. Biz bu layihələrin kommersiyalaşdırılmasına dəstək
göstərəcəyik. Həmçinin, prototiplərin hazırlanmasında peşəkar mütəxəssislər, avadanlıqlar
xidmətlərdən istifadə edə bilərsiz.
Microsoft Lab innovasiya sahələri üzrə tətbiqi layihələrin və prototiplərin hazırlanması məkanıdır. Laboratoriya tədris və tətbiq arasında körpü yaradaraq, Əşyaların interneti və digər innovativ texnologiyalar əsasında prototiplərin yaradılmasına və layihə təkliflərinin icrasına gənc mütəxəssisləri və startapları cəlb edir. Lab innovativ mühit rolunu oynayır. Burada dövlət və özəl təşkilatların təqdim etdikləri real layihə təklifləri və ideyaları əsasında proqramçılar və startaplar tərəfindən prototiplər və real layihələr yaradılır. Lab tərəfindən hazırlanan prototiplərin biznesdə tətbiq edilməsi məqsədilə layihələrə dəstək verilir. Microsoft Lab Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və Microsoft şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən yaradılmışdır.
Microsoft Lab-ın fəaliyyəti, görülən işlər və imkanlar barəsində daha geniş məlumatı aşağıdakı keçid linkindən broşuru yükləməklə əldə edə bilərsiz: