Direktor
1985-ci ildə Bakıda anadan olmuşdur.
2003-cü ildə 114 nömrəli Suraxanı rayon orta məktəbi bitirmişdir. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bakalavr, 2008-2010-ci illərdə Xəzər Universitetində MBA proqramı üzrə magistr, 2014-2015-ci illərdə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetində informasiya sistemləri və menecment ixtisası üzrə magistr təhsili almışdır.
2010-2016-cı illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2016-cı ildən etibarən “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin direktor vəzifəsini icra edən, 2017-ci ildən 2018-ci ilədək isə direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən etibarən "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin direktoru vəzifəsində çalışır.
Böyük Britaniyanın DİODE tədqiqat qrupunun və Beynəlxalq Layihələrin İdarəedilməsi İnstitutunun üzvüdür. İki elmi məqalənin müəllifi, CAPM PMİ – “Certified Associate in Project Management”, "İnformasiya Sistemlərinin Təhlükəsizliyi" - ISO 27001:2013 standartı üzrə baş auditor və Microsoft MOS beynəlxalq sertifikatlarının sahibidir. Cisco Şəbəkə Akademiyasının rəsmi təlimçisi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimidir.
Rus və ingilis dillərini bilir.