İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi

Dövlət qulluğuna hazırlıq təlimləri

QEYDİYYAT
SUAL VER / ZƏNG EDƏK
TƏLİMÇİ
TƏLİMÇİ

Qalib Məmmədov

Nazim Ələkbərov

Rəhilə Həsənova

KURSUN MÜDDƏTİ
KURSUN MÜDDƏTİ

9 ay (72 dərs)

KURSUN VAXTI
KURSUN VAXTI

QİYMƏT
QİYMƏT

Korporativ - 1000 azn 

Adi - 80 azn (aylıq)

Güzəştli* - 80 azn (aylıq)

* - Tələbələrə, rabitə işçiləri və övladlarına, dövlət qulluqçuları və övladlarına şamil olunan qiymət.


KİM İŞTİRAK EDƏ BİLƏR?

Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan şəxslər

KURSUN MƏQSƏDİ:

Təlim dövlət qulluğuna qəbul üzrə test imtahanlarına hazırlıq məqsədilə keçirilir. Test imtahanında hər namizədə 100 test tapşırığı (Azərbaycan dili üzrə 15, qanunvericilik üzrə 40, informatika üzrə 15 və məntiq üzrə 30 test tapşırığı) təqdim edilir. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir. İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 70, beşinci təsnifat 75 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və sertifikat əldə edir.

TƏLİM PROQRAMI:

    • Qanunvericilik

    Təlimin müddəti: 2.5 aylıq təlim – 20 dərs, hər həftə iki dərs keçirilir, bir dərs 1.5 saat

    Təlimin proqramı imtahana düşən suallar əsasında müəyyən edilmiş 24 qanunvericilik aktdan ibarətdir.

    Təlimçi: Qalib Məmmədov - Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hüquq müəllimi, ədliyyə polkovniki. Dövlət qulluğuna hazırlıq üzrə uzun müddətli təcrübəsi mövcuddur və fəaliyyət müddətində

    500 nəfərdən çox dövlət qulluqçusunu hazırlamışdır.

    Təlimin qiyməti: 220 azn (iki dəfəyə ödəniş mümkündür)

     

    •  Məntiqi düşünmə

    Təlimin müddəti: 2.5 aylıq təlim – 20 dərs, hər həftə iki dərs keçirilir, bir dərs 1.5 saat

    Təlimçi: Nazim Ələkbərov – İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin Baş məsləhətçisi.   Dövlət qulluğuna hazırlıq, riyaziyyat və məntiq üzrə uzun müddətli təcrübəsi mövcuddur.

    Təlimin qiyməti: 220 azn (iki dəfəyə ödəniş mümkündür)

     

    •  İnformatika

    Təlimin müddəti: 2 aylıq təlim – 16 dərs, hər həftə iki dərs keçirilir, bir dərs 1.5 saat

    Təlimçi: Rəhilə Həsənova - AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi, Dövlət İmtahan Mərkəzinin eksperti, “Microsoft Office Specialist” sertifikatlı müəllim. Dövlət qulluğuna hazırlıq üzrə uzun müddətli təcrübəsi mövcuddur. DİM-in müstəqil eksperti qismində uzunmüddətli təcrübəsi mövcuddur.

    Təlimin qiyməti: 160 azn (iki dəfəyə ödəniş mümkündür)

     

    • Azərbaycan dili

    Təlimin müddəti: 2 aylıq təlim – 16 dərs, hər həftə iki dərs keçirilir, bir dərs 1.5 saat

    Təlimin qiyməti: 160 azn (iki dəfəyə ödəniş mümkündür)

TƏDRİS METODU VƏ MATERİALLAR:

    Tədris metodu:

    • Təlimçi rəhbərliyi ilə nəzəri və praktiki dərslər

    Materiallar:

    • Mövzular üzrə təqdimatlar – Azərbaycan dilində

SERTİFİKATLAR:

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin sertifikatı;

` `