“Cleaner Drone” – Təmizləyici dron layihəsi

images

Bu layihənin məqsədi hündür binaların şüşələrini və kamera sistemlərini insan gücü olmadan, təhlükəsiz, az məsrəflə və innovativ şəkildə təmizlənməsidir. Üzərində kiçik su şlanqı olan dron binanın pəncərəsinə və ya kameraya yaxınlaşdırılır və turbinləri vasitəsi ilə ora yapışır. Sonra təmizlənməsi istənilən istiqamətdə pult vasitəsi ilə idarə olunur. Motor vasitəsi ilə su yüksək təzyiqlə yuxarı qaldırılır və drona taxılı olan fırçalar vasitəsi ilə təmizlik əməliyyatı yerinə yetirilir. enerji mənbəyi aşağıda yerləşir və kabel vasitəsi ilə drona bağlanır, beləcə ağırlıq azaldılmış olur və uçuş vaxtı məhdudiyyəti aradan qaldırılır. Layihə Tural Süleymanov (BMU-proseslərin avtomatlaşdırılması mühəndisliyi, III kurs) və Fuad Məmmədzadə (BANM-proyektlərin avtomatlaşdırılması mühəndisliyi,18.1) tərəfindən icra edilmişdir. Layihənin sona çatdırılması və işlək prototipin hazırlanması üçün mühəndislik işlərinə və yük qaldıra bilən dronun olmasına ehtiyac vardır. Bakutel sərgisi çərçivəsində ilkin prototip təqdim edilmişdir. İdrak Texnoloji Transfer şirkəti ilə bu layihənin davam etdirilməsi və işlək prototipin hazırlanması məqsədilə danışıqlar aparılır.