Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ölkədə Kiber təhlükəsizlik sahəsində bir çox işlər və maarifləndirici tədbirlər aparılır. Növbəti tədbir İKT LAB Tətbiq və Tədris Mərkəzinin və IS3S (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə rəhbər şəxslər üçün keçiriləcəkdir. Təlimin məqsədi rəhbər şəxslərin müasir kiber təhlükəsizlik sahəsində mövcud olan risklər və bu risklərin necə qarşısının alınması üzrə biliklərin öyrənilməsi, əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılmasından ibarətdir. İstənilən qurumların və şirkətlərin rəhbər şəxsləri təlimdə ödənişsiz iştirak edə bilərlər. Mövzular: 1. Cybersecurity essentials 2. information security standards 3. İnformation securit tech and solutions 4. Cybersecurity trends Təlimçi – Kamal Teymurov – IS3S (Information Security Solutions) şirkətinin eksperti Tarix – 18 oktyabr Müddət – 10:00-17:00 Ətraflı məlumat üçün: Telefon: (012) 505 01 13 Mobil: (077) 505 01 13 WhatsApp: (051) 504 01 13