17 Aprel Rəqəmsal həyatımızın açarı

Məşhur istehlakçı texnologiyaları, tətbiq və cihazların istifadə və davranışını tərənnüm edən bir söz varsa, o “hərəkət”dir.

Kino rəylərini telefonda görüb, keçib ona planşetimizdə baxırıq.

Komputerdə bir məlumat oxuyub, bu haqda Facebookda nə şərhlər, İnstagramda hansı şəkillər var deyə axtarışa çıxırıq.

Sərfəlidir deyə mobil əlavədə paltarlar axtarır, qiyməti münasib olduqda, daha ətraflı baxmaq üçün yenə komputerə qayıdır web saytda baxırıq, alacağımıza qərar verdikdə isə yenidən mobilə dönürük.

Bütün bu hərəkətin əsasında cəmi bir konstanda durur: e-mail ünvanımız. Bu bizim rəqəmsal həyatımızın sosial “ID”sidir.


The Widespread Usage of Email

E-mail rəqəmsal həyatımızda təsəvvür etdiyimizdən daha böyük rol oynayır.
e-mail online etdiyimiz hər bir şeyin əsasındadır. Məsələn biz e-mail istifadə edirik:

  • akkauntlar, portallar və s. daxil olduqda
  • webinar, workshop-lar, kurslara yazıldıqda
  • bloglar, podkastlar, yeniliklər, bildirişlər və s. abunə olduqda
  • mobil əlavələr, müxtəlif saytlardan PDF guide-lar və hesabatlar yüklədikdə və
  • demək olar ki, istənilən növ alış-veriş etdikdə.

 

 

Fuf. Bu kifayyət qədərdir və bəlkə də çoxdur.

Kiçik araşdırma onu göstərir ki, marketing taktikalarından e-mail ən effektiv rəqəmsal əlaqə kanalıdır və ən yüksək ROI(investisiya gəliri) göstəriciləri var (xərclənən hər 1$ ortalama olaraq 42$).


Mənbə: Oberlo/ 10 Email Marketing Stats You Need to Know in 2020.

 

Email Delivers a Strong Return on Investment

E-mail istehlakçının internet-əsaslı həyatına açardır. Əgər biz hər-hansısa omnichannel layihə düşünürüksə, mütləq şəkildə bu mövzunu daha geniş araşdırmalıyıq.

#faydalıolaq

 

Müəllif: Zümrüd Hüseynova

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |