Təlimdə iştirak edən tələbələr təlimin sonunda Mərkəz daxili imtahan verərək,
topladıqları nəticəyə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”nin
sertifikatını əldə edirlər.
Sertifikatların kateqoriyası imtahan nəticəsinə əsasən, aşağıdakı formada dəyişir:
Təlimdə iştirak etmişdir (0-59%)
Təlimi uğurla bitirmişdir (60-79%)
Təlimi "Fərqlənmə" ilə bitirmişdir (80-100%)
İKT LAB Tətbiq və Tədris Mərkəzinin tələbələri bir sıra peşə yönümlü və uzun müddətli
təlim istiqamətlərində yenidənhazırlanma üzrə əlavə təhsil haqqında Diplom ilə
təltif olunurlar.
Qeyd edilən Diplom Nazirlər Kabinetinin 163 nömrəli
qərarı ilə və əlavə təhsilin təşkili haqqında qaydalara əsasən, aşağıdakı təhsil
proqramlarını uğurla bitirən tələbələrə təqdim olunur:
Proqramlaşdırma
Kibertəhlükəsizlik
Şəbəkə və Sistem İnzibatçılığı
Rəqəmsal marketinq
Data analitika
Mərkəz digər dövlət və özəl qurumların əməkdaşları üçün ixtisasartırma təhsili üzrə
təlimlər təşkil edir. Qeyd olunan təlimlərin iştirakçılarına ixtisas artırma təhsilini
təsdiq edən müvafiq sertifikat verilir.
Həmçinin dövlət və özəl qurumlarda çalışan əməkdaşların attestasiyası və daxili
imtahanları Mərkəzimiz tərəfindən təşkil edilə bilər.
Mərkəzdə yerləşən Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco, Oracle və
digər nüfuzlu beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək
mümkündür.
Bundan başqa Mərkəzin Cisco Şəbəkə Akademiyası, CompTIA Rəsmi Akademiyası və Oracle
akademiya statusu, bu şirkətlərin və vendorların təlimlərini beynəlxalq sertifikasiya
proqramı əsasında keçirməyə imkan verir. Həmçinin tələbələr akademik statusların
köməkliyi ilə beynəlxalq sertifikasiya imtahanlarına daxil olmaq üçün güzəştli vauçerlər
əldə etmək imkanı qazanırlar.