“İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumudur. Mərkəz əhali, dövlət və özəl qurumlara əlavə təhsil və İKT-nin tətbiqi xidmətlərini təqdim edir. Mərkəz Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı qərarı ilə yaradılmışdır. Mərkəzin xidmətləri “İKT LAB” ticarət nişanı ilə təqdim olunur.
Missiyamız sürətlə dəyişən texnologiyalar dövründə İnformasiya-Kommunikasiya Texnologiyalarından (İKT) səmərəli istifadəni insanlara öyrətmək və bütün fəaliyyət sahələrində texnologiyaların geniş tətbiqinə nail olmaqdır.
Məqsədimiz əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin, biznes və sahibkarlıq subyektlərinin İKT-dən istifadə üzrə hazırlıqlarının və elektron idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, İKT sahəsi üzrə mütəxəssislərin peşəkar səviyyəsinin artırılması və İKT-nin tətbiqi üzrə layihələrin həyata keçirilməsidir. Məqsədimiz yalnız öyrətmək deyil, eyni zamanda öyrənilən biliklərin tətbiqini tədris və təbliğ etməkdir. Bu yolla insanların həyatında İKT-nin səmərəli tətbiqinə və biznesin rəqəmli transformasiyasına dəstək veriləcəkdir. Mərkəzin əsas məqsədi bilik və təcrübəni yalnız Bakı şəhərində deyil, geniş regional mərkəzlər şəbəkəsi vasitəsilə bütün ölkə üzrə təqdim etməkdir.
Peşəkarların, innovatorların və yenilikçi adamların çalışdığı bir məkan olaraq, öz bilik və təcrübəmizi insanlarla paylaşmaq və qazanılan biliyi real həyatda dəyərə çevirməkdə onlara kömək etmək. Bir çox real tədris laboratoriyalarımız əsasında həqiqi İKT LAB kimi fəaliyyət göstərməklə təcrübə, təhsil və tətbiq ünvanı olmaq. Öz imkanlarını dövlət, biznes və vətəndaşlar üçün açıq etməklə dövlət, özəl və vətəndaş cəmiyyəti tərəfdaşlığına töhvə vermək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli 389 saylı Qərarı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Elektron Hökumət Təlim-Tədris Mərkəzi" MMC yaradılmışdır.
Mərkəzimiz fəaliyyətə başlamışdır və ilk təlimlər təqdim edilmişdir.
Mərkəzimizdə təhsil alan tələbə sayı 100 nəfəri keçmişdir
Gənclər üçün "Elektron Hökümət" layihəsi uğurla keçirilmişdir
"CompTIA academy" və "Cisco Networking Academy" beynəlxalq statusları əldə edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyul 2018-ci il, 292 №-li qərarı ilə mərkəzin adı "İKT Tətbiq və Tədris Mərkəzi" MMC kimi müəyyən edilmişdir.
Mərkəzin rebrendinqi nəticəsində "İKT LAB" ticarət nişanı yaradılmışdır.
Mərkəzimizdə təhsil alan tələbə sayı 1000 nəfəri keçmişdir
"Pearson VUE" Beynəlxalq imtahan mərkəzi statusu əldə edilmişdir
Microsoft "İOT LAB" yaradılmışdır
"Oracle academy" Beynəlxalq statusu əldə edilmişdir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Mərkəzin təşəbbüsü ilə "Rəqəmli Bacarıqlar üzrə Tərəfdaşlıq" platforması yaradılmışdır
Bu bölmədə Mərkəzimizin hüquqi əsaslarını formalaşdıran, həmçinin Mərkəzin fəaliyyətini tənzimləyən, onun hüquqi statusunu, məqsədini, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edən qanunvericilik sənədləri təqdim olunur.
Öz təhsilini bizə tapşır
Beynəlxalq və Dövlət sertifikasiya imkanı
Start-up nı bizimlə yarat
İmkanlarımızdan yararlanın
İdealarını real et
Peşəkarların təcrübələri
Mərkəz bu statuslara 2017-ci ildə layiq görülmüşdür. Bu statuslar İKT sahəsi üzrə keçirilən təlimlərin Cisco və CompTIA şirkətlərinin rəsmi tədris proqramına əsasən keçirilməsinə imkan verir. Təlimlərdə iştirak etməklə tələbələr yeni texnologiyaları öyrənir, real və virtual sistemlərdən istifadə edərək biliklərini artırırlar. Bu statuslar sayəsində təlimləri uğurla bitirən tələbələrə Akademiyaların beynəlxalq sertifikatları təqdim olunur.
Mərkəz 2018-ci ildə beynəlxalq imtahan mərkəzi statusuna layiq görülmüşdür. Pearson VUE imtahan mərkəzində Microsoft, CompTIA, Cisco, Oracle və digər nüfuzlu beynəlxalq şirkətlərin rəsmi sertifikatlarını imtahan verərək əldə etmək mümkündür. Eyni zamanda "British Council"-un təşkilatçılığı ilə maliyyə sahəsi üzrə ACCA beynəlxalq sertifikasiya imtahanları da Mərkəzdə keçirilir.
Mərkəz bu statusa 2020-ci ildə layiq görülmüşdür. Bu status proqramlaşdırma və verilənlər bazası sahəsi üzrə keçirilən təlimlərin Oracle şirkətinin rəsmi tədris proqramlarına əsasən keçirilməsinə imkan verir. Bu status sayəsində təlimləri uğurla bitirən tələbələrə Akademiyanın beynəlxalq sertifikatı təqdim olunur.
Dərslər ən yeni texnologiyalar ilə təchiz edilmiş sinif otaqlarında keçirilir
Çay və Kofe fasiləsində, tələbələr və müəllimlərlə təcrübənizi paylaşacaqsınız
Bu laboratoriyada perspektivli innovasiya və tətbiqi layihələrin icrası, müxtəlif biznes həllər və real prototiplərin hazırlanması mümkündür.
Cisco Şəbəkə laboratoriyasında tələbələr şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyi, telefoniya və "bulud" texnologiyaları üzrə real avadanlıq və sistemlər quraşdırılmışdır.
Mərkəzin Sistem İnzibatçılığı üzrə laboratoriyasında tələbələr real və virtual olaraq serverdə işləmə bacarıqlarını öyrənir.
İT Texniklik laboratoriyasında tələbələr kompüterlərin daxili komponentləri ilə tanış olurlar, kompüterlərə əməliyyat sistemləri yükləyir, kompüterdə baş verəcək müxtəlif tipli problemləri real və virtual olaraq həll edirlər.
Bizi seçib, bizimlə öyrənənlər haqqında qısa roliki izləməyinizi məsləhət görürük!