19 Aprel “Kibertəhlükəsizliyin əsasları-CompTIA Security+” adlı vebinar 2

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin əsasları-CompTIA Security+” adlı ödənişsiz vebinar keçiriləcək.

Kibertəhlükəsizliklə bağlı təcrübəsini artırmaq, bu sahədə ixtisaslaşmaq istəyənlər, eləcə də beynəlxalq imtahana hazırlaşanlar vebinarda ödənişsiz iştirak edə bilər. Təlimin məqsədi iştirakçıları CompTİA Security+ əsasında kibertəhlükəsizliyin fundamental bilgiləri ilə tanış etmək, beynəlxalq sertifikatlaşma və yeni kurs barədə məlumatlandırmaqdır.

Vebinarda təlimçi qismində “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin CompTIA Security+ instruktoru, Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi Ramil Baxşıyev çıxış edəcək. R.Baxşıyev CompTİA Security+ kursunu Azərbaycan dilində tədris edən ilk və yeganə mütəxəssisdir. O, CCNP Security, Palo Alto PCNSE, Huawei WDM və digər sertifikatlara sahibdir. Təlimin digər spikeri “Eurodesign” şirkətinin korporativ biznes inteqratoru Günel Qənbərova, fəxri qonağı isə “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov olacaq.

19 sentyabr, saat 12:00-da baş tutacaq təlim Microsoft Teams proqramı üzərindən keçiriləcək.

Vebinarda iştirak etmək istəyənlər https://bit.ly/3heAEtJ keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |