18 Aprel “ROBOT VƏ DRONLAR YÜRÜŞÜ” ADLI SEMİNAR KEÇİRİLƏCƏKDİR

İKT LAB və AREA-nın birgə təşkilatçılığı ilə uşaqlar və gənclər üçün “Robot və dronlar yürüşü” adlı çox əyləncəli və maraqlı seminar keçiriləcəkdir.  Son zamanlar hamının müzakirə etdiyi “Sofiya” robotunun necə işlədiyini başa düşmək istəyirsinizsə, mütləq seminarımızda iştirak edin!

Seminar hamı üçün açıq və ÖDƏNİŞSİZDİR.

Yaşından asılı olmayaraq hər bir şəxs seminarda iştirak edərək robotlar və dronlarla tanış olub, onları idarə edə biləcək. Bu seminarda çox maraqlı vaxt keçirdib, yeni dostlar qazanıb və dronların gətirdiyi dadlı şirniyyatlardan dadacaqsınız.

 Bir daha qeyd edirik ki, seminarımız bütün insanlar üçün açıqdır. Valideynlər öz övladlarını, məktəblilər öz sinif yoldaşlarını, gənclər isə dostlarını götürüb İKT LAB-da keçiriləcək bu seminara gələ bilərlər.

Seminarımızın proqramı aşağıdakı kimidir:

  • Saat 11.00-12.00 – Robot və dronlar haqqında təqdimatlar;

  • Saat 12.00-13.00 – Ödənişsiz dərslər.

Seminarda fərqli təlim proqramları haqqında məlumat veriləcək və robot texnologiyalarını daha dərindən öyrənməyin sirləri açılacaqdır.

Seminara qoşulmaq üçün elə indi qeydiyyatdan keçin:

https://goo.gl/dMj9aY

Ətraflı məlumat üçün:

(055) 218 28 66

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |