02 Noyabr Azərbaycanda “Apple Pay” istifadəyə verilib.

Azərbaycanda “Apple Pay” istifadəyə verilib.

Azərbaycanda “Apple Pay” istifadəyə verilib.

Artıq 4 yerli bank “Apple Pay”in tətbiqinə başlayıb. Belə ki, “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank”, “Bank Respublika” və “Unibank” kart sahibləri bu tətbiqlə ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalına toxunmadan və nağd pulu əldən-ələ ötürmədən ödəniş etmək imkanı qazanıb. Burada əməliyyatın təhlükəsizliyi “iPhone”nun texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri “iPhone” telefonunu və ya “Apple Watch” saatını ödəniş terminalına yaxınlaşdırmalıdır.

Qeyd edək ki, “Apple Pay” vasitəsilə həyata keçirilən hər bir əməliyyat Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq edilir.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |