24 Dekabr Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionu üzrə regional forumu keçirilib

Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionu üzrə regional forumu keçirilib

14-15 dekabr tarixlərində Beynəlxalq Telekommunikasiya İttifaqının MDB regionu üçün inkişaflar məsələləri üzrə regional forum keçirilib.

İlk iclasda BTİ MDB regional ofisi Əməliyyat Planı çərçivəsində layihələr və fəaliyyətlər daxil olmaqla Dünya Telekommunikasiya İnkişafı Konfransı 2017 regional təşəbbüslərinin icrası ilə bağlı hesabat təqdim olunub.

İclasda İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov “Qadınlar üçün multimedia onlayn kurs və veb portalın inkişafı” adlı regional təşəbbüs layihəsi üzrə görülən işlərlə bağlı təqdimatla çıxış edib.

Bildirib ki, layihənin icrası nəticəsində multimedia onlayn təlimləri təqdim edən tədris portalı hazırlanıb. Layihənin məqsədlərinə uyğun olaraq, rəqəmli bacarıqlar üzrə onlayn kurslar hazırlanaraq portalda yerləşdirilib.

Həmçinin bildirib ki, bu layihənin icrası ölkə əhalisinin, xüsusilə qadınların rəqəmli bacarıqlarının inkişafına, gender və regionlar arası rəqəmli savadlılıq üzrə fərqliliyin azaldılmasına xidmət edəcəkdir.

BTİ regional ofisi tərəfindən layihənin icrası uğurlu hesab edilib.

 

 

 

 

 

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |