17 Dekabr BUGÜN 3 YAŞIMIZI QEYD EDİRİK

BUGÜN 3 YAŞIMIZI QEYD EDİRİK

Mərkəzimiz 3 il əvvəl əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə yaradılıb.

Bu gün biz Bakı şəhəri ilə yanaşı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Cəlilabad, Ağdaş, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəkidə də fəaliyyət göstəririk.

“Cisco Network Academy”, “CompTIA Academy” və "Pearson VUE Exam Center" beynəlxalq statuslarına malikik.

 

Fəaliyyət dairəmiz ;

  • İnformasiya Texnologiyaları üzrə təlimlər
  • Ofis proqramlarının peşəkar istifadəsi
  • Sistem və şəbəkə inzibatçılığı
  • Kompüter qrafikası və dizaynı
  • Proqramlaşdırma və kodlaşdırma
  • İnformasiya təhlükəsizliyi
  • Ümumi rəqəmli hazırlıq üzrə təlimlərin təşkili
  • “Elektron hökumət” həllərindən və elektron imzadan istifadə üzrə təlimlər
  • Korporativ münasibətlər üzrə təlimlər
  • Layihələrin idarəedilməsi
  • Korporativ keyfiyyətə nəzarət
  • Maliyyə və vergi sahəsi üzrə təlimlər
  • İnsan resurslarının davamlı inkişafı üzrə təlimlər
  • Yumşaq vərdişlər
  • Xarici dil təlimləri
  • Multimedia xidmətləri:
  • Audio, video, multimedia işinin təşkili və idarə olunması
  • Elektron dərsliklərin və video materialların hazırlanması

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |