29 Aprel "İKT LAB" Cüdo Federasiyasının əməkdaşları üçün Excel təlimlərinə start verib

Təlimlər beynəlxalq MOSE (Microsoft Office Specialist Expert) sertifikatı əsasında keçirilir və məqsəd federasiya əməkdaşlarının rəqəmsal bacarıqlarını artırmaqdır.

30-dan çox əməkdaş təlimlərdə Microsoft Excel-in əsas və irəli səviyyə funksiyaları, məlumatların təhlili, hesabatların hazırlanması və avtomatlaşdırma mövzuları üzrə biliklər əldə edəcəklər.

Təlimin sonunda iştirakçılar imtahan verəcək və nəticələrə əsasən İKT LAB sertifikatı ilə təltif olunacaqlar.

MEDİA

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2025
  • |