15 İyul “İKT LAB” ilə “British Council Azerbaijan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“İKT LAB” ilə “British Council Azerbaijan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

  1. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB)  direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb.

Görüşdə əməkdaşlıq çərçivəsində bir neçə il ərzində keçirilən beynəlxalq ACCA imtahanlarının gedişatı və nəticələri müzakirə olunub.

Eyni zamanda yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CIPS (Chartered Institute of Procurement & Supply) beynəlxalq imtahanlarının “İKT LAB”da keçirilməsi nəzərdə tutulur.

Görüşdə əməkdaşlığın uğurla davam edəcəyinə əminlik ifadə olunub. 












© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |