27 Dekabr İKT-NİN TƏTBİQİ VƏ TƏDRİSİ MƏRKƏZİ ADNSU-DA KEÇİRİLƏN V MƏZUN-KARYERA SƏRGİSİNDƏ İŞTİRAK EDİB.

İKT-NİN TƏTBİQİ VƏ TƏDRİSİ MƏRKƏZİ ADNSU-DA KEÇİRİLƏN V MƏZUN-KARYERA SƏRGİSİNDƏ İŞTİRAK EDİB.

Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) V Məzun-Karyera sərgisi keçirilib. Sərgidə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi ilə birlikdə 68 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 436 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, KCA Deutag, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, Schlumberger və digər dövlət və özəl şirkətlər iştirak edib. 3000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

Sərginin açılış mərasimində çıxış edən rektor, professor Mustafa Babanlı artıq beşinci dəfə keçirilən və universitetdə ənənə halını alan Məzun-Karyera sərgilərinin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Mərkəzimizin stendi ilə tanış olub. Mərkəzimizin baş mütəxəssisi Zakir İbrahimov rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar, təcrübə proqramları barədə məlumat verib.

Böyük fəallıqla müşahidə olunan V Məzun-Karyera sərgisində universitetin tələbə və məzunları tərəfindən 2320 ədəd işə müraciət və təcrübə keçmək üçün anket doldurularaq şirkətlərə təqdim olunub.

Saat 10:00-dan başlayan sərgi saat 12:00-dək davam edib.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |