20 Fevral “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlər keçiriləcək

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlər keçiriləcək

II beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bu sahə ilə məşğul olan mütəxəsislərin inkişafı və maarifləndirilməsi məqsədilə beynəxalq seminar və təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İKT LAB Tətbiqi və Tədrisi Mərkəzi və İS3S şirkətinin birgə təşkilatçılığı ilə 3 mart tarixində saat 14:00-da “Park Inn” mehmanxanasın dövlət və bank sektorunda çalışan kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün “Pentestinq” üzrə praktiki seminar keçiriləcəkdir. Seminar rusiyalı tanınmış kibertəhlükəsizlik mütəxəssisi və tədqiqatçısı Yuri Qurkin tərəfindən aparılacaqdır. Seminarda “pentest”in növləri, metodikası, texnoloji həlləri təqdim ediləcəkdir.

Digər tədbir İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə 05 mart tarixində saat 14:00-da “Park Inn” mehmanxanasında “Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı” keçiriləcəkdir. Seminarın əsas məqsədi kibertəhlükəsizlik üzrə mütəxəssislərin beynəlxalq sertifikatlaşdırma imkanları barədə iştirakçılara məlumat verməkdir.  Seminarda kibertəhlükəsizlik üzrə mövcud olan müxtəlif sertifikasiyalar haqqında məlumat veriləcək. Seminarda “Ethical Hacker”, “İSO/İEC 27001:2015” standartı əsasında beynəlxalq sertifikat və “CompTİA security+” beynəlxalq sertifikatları və onların əldə edilməsi yolları haqqında daha ətraflı təqdimatlar olacaqdır.

“Kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlaşdırma seminarı”nın davamı olaraq, cari ilin  10-14 mart tarixlərində “ISO/IEC 27001:2015 standartı (“İnformasiya təhlükəsizliyinin idarə edilməsi sisteminə olan tələblər”) əsasında beynəlxalq sertifikatlaşdırma təlimi və cari ilin 10 mart tarixindən başlayaraq 2 ay müddətində davam edəcək “CompTİA Security+” (“İT təhlükəsizliyin əsasları”) beynəlxalq sertifikatlaşdırma təlimi təşkil ediləcəkdir. Təlim iştirakçıları beynəlxalq təlimdə iştirak etmək ilə yanaşı beynəlxalq imtahanları uğurla keçərək, beynəlxalq  sertifikat almaq imkanı əldə edəcəklər.

Qeyd edilən təlimlər kibertəhlükəsizlik sahəsində ölkəmizin kadr potensialının gücləndirilməsi, eləcə də dövlət orqanları, idarə, müəssisə və təşkilatların beynəlxalq sertifikatlı mütəxəssislərə malik olması və kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilir.

www.cyberweek.azwww.iktlab.az internet saytlarında seminarlar və təlimlər haqqında ətraflı məlumat almaq və proqramlar ilə tanış olmaq mümkündür.

Seminar və təlimlərdə iştirak yalnız DƏVƏTNAMƏ ilədir. 

Dəvətnamə əldə etmək üçün [email protected]-a müraciət etməyiniz xahiş olunur. İştirak yalnız təsdiq aldıqdan sonra mümkündür.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |