06 Sentyabr KÖNÜLLÜLƏRƏ SERTİFİKATLAR TƏQDİM EDİLDİ

KÖNÜLLÜLƏRƏ SERTİFİKATLAR TƏQDİM EDİLDİ

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində təcrübə keçən 6 nəfər könüllüyə Mərkəzin və ASAN Könüllülük Məktəbinin "Master 2" pilləsinin sertifikatları təqdim edildi.

Tədbirdə Mərkəzin direktoru Rauf Cabarov və “ASAN School” təcrübə məktəbinin rəhbəri Cahangir Hacıyev çıxış ediblər. Çıxışda əsasən könüllülərin təcrübə müddətində inkişafının perspektivlərindən və bunun onların gələcək karyeralarında önəmi vurğulanıb.

Sonda könüllülərə sertifikatlar təqdim olunub

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |