30 Avğust Koreya nümayəndə heyəti ilə görüş

Koreya nümayəndə heyəti ilə görüş

24 avqust tarixində Koreya nümayəndə heyəti Mərkəzə təşrif buyurmuşdur. Nümayəndə heyəti Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOICA) maliyyə dəstəyi hesabına yaradılmış Mərkəz ilə tanış olmuş və Mərkəzin fəaliyyəti müzakirə edilmişdir.

Görüşdə Koreya Nazirlər Kabinetinin nümayəndələri, KOICA Azərbaycan ofisinin rəhbəri xanım Park Kumok, İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxış etmişlər. KOİCA təşkilatının Mərkəz ilə mövcud olan əməkdaşlıq əlaqələri ətraflı müzakirə edilmişdir. Görüşdə Mərkəzin yeni inkişaf perspektivləri və gələcək planları haqqında geniş fikir mübadiləsi aparılmışdır.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |