07 Sentyabr MƏRKƏZİMİZDƏ ACCA İMTAHANLARI KEÇİRİLİB

MƏRKƏZİMİZDƏ ACCA İMTAHANLARI KEÇİRİLİB

"British Council"-un təşkilatçılığı ilə ölkəmizdə ilk kompüter əsaslı ACCA imtahanları mərkəzimizdə keçirilib. Mərkəzimiz Pearson VUE və ACCA imtahan statusları ilə daha yeni imtahanlara ev sahibliyi edəcəkdir.

ACCA (The Association of Chartered Certified Accountants - İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 404 000 tələbə və 140 000 üzv qeydiyyatdadır. Bu təşkilatın imtahanlarını dünyada öndə gedən beynəlxalq şirkətlər tanıyır və işə qəbul zamanı yüksək qiymətləndirir. Universitet oxumaqla yanaşı adıgedən imtahanların verilməsi gələcəkdə karyerada yüksək pillələrə qalxmaqda nərdivan rolunu oynayır.

Hal-hazırda Azərbaycanlı ACCA tələbə və üzvləri ölkənin iri yerli və xarici şirkətlərində, maliyyə və audit müəssisələrində çalışırlar.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |