26 Avğust RİİB-in “İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

RİİB-in “İdeyadan biznesə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

Avqustun 25-də “İdeyadan biznesə” (I2B) layihəsi çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Təlim-Tədris Mərkəzində innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə “Milli innovasiya ekosisteminin regional klasterlərinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.


Regionlarda innovasiya və Dördüncü Sənaye İnqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi məqsədilə keçirilən tədbirdə "İKT LAB" Tətbiq və Tədris Mərkəzinin Tədris və inkişaf sektorunun müdiri Ayaz Kərimov iştirak edib.

Tədbirdə ekspertlərin məruzələri dinlənilib, sahə üzrə mövcud çağırışlar, potensial əməkdaşlığın formalalaşdırılması və digər məsələlər müzakirə olunub, təqdimatlar keçirilib və mövzu üzrə suallar cavablandırılıb.


"İdeyadan biznesə" layihəsi barədə ətraflı məlumat üçün: https://www.facebook.com/ideyadan.biznese

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |