21 May “SmartLab” verilişinin yeni studiyasının açılışı olub.

“SmartLab” verilişinin yeni studiyasının açılışı olub.

21 may tarixində “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və 100.5 FM-in (TMB radio) birgə layihəsi olan “SmartLab” verilişinin yeni studiyasının açılışı olub.

Açılış verilişində iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov, Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin icraçı direktoru Əli Əliyev ölkəmizdə İKT sahəsi üzrə aparılan işlər, “SmartLab” verilişinin verəcəyi töhfə və “Teknofest Azərbaycan” festivalı haqqında danışıblar.

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |