20 Avğust SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbərliyi ilə görüş keçirilib.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəhbərliyi ilə görüş keçirilib.

Avqustun 19-da SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov rəhbərlik etdiyi qurumun fəaliyyəti və təşkilatın qarşısında duran vəzifələr haqqında məlumat verib. TTSİ-nin ötən 10 ildə həyata keçirdiyi işlərdən və statistik göstəricilərdən söz açan Fuad Süleymanov hazırkı fəaliyyətin mövcud pandemiya dövrünün tələblərinə uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov öz növbəsində TTSİ-nin əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu bildirərək qurumun tədris etdiyi təlim kurslarının ictimaiyyət üçün faydalı olduğunu vurğulayıb.

Daha sonra TTSİ-nin təşkil etdiyi spesifik təlimlərin Nazirliyin qurumlarının ehtiyaclarına uyğunlaşdırılması və bu istiqamətdə əməkdaşlığın qurulması və genişləndirilməsi imkanları müzakirə olunub. Eyni zamanda, tərəflər arasında təcrübə mübadiləsi, resurslardan birgə istifadə, qarşılıqlı faydalı təlimlərin təşkili məsələləri nəzərdən keçirilib.

 

 

 

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |