28 Dekabr “Technest” təhsil proqramı çərçivəsində məzun günü keçirilib.

“Technest” təhsil proqramı çərçivəsində məzun günü keçirilib.

“British Petroleum” Azərbaycanın qrantı hesabına “Technest” təhsil proqramı çərçivəsində “İKT LAB”da keçirilən “Java” proqramlaşdırma və “Kibertəhlükəsizlik üzrə təlim iştirakçılarının məzun günü keçirilib.

Məzun günündə açılış nitqi ilə Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Etibar Ağamalıyev çıxış edib, daha sonra təlimçi Emil Fərzəliyev təlim iştirakçılarını məzun günü münasibətilə təbrik edib.

Həmçinin tələbələrdən Nicat Səmədov və İlkin Əzməmmədov iştirakçısı olduqları təlimlər barədə öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda təlimləri müvəffəqiyyətlə bitirmiş təlim iştirakçılarına sertifikatlar və diplom tədim olunub.

Qeyd edək ki, “Technest” təhsil proqramını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir.

“Technest” məktəbli, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təşkil etməklə mütəxəssislər yetişdirir və əmək bazarına yönəldir. Proqram ölkədə bu sahədə müasir tələblərə cavab verən kadrların hazırlanmasını sürətləndirmək və rəqəmsal inkişafa töhfə vermək məqsədi daşıyır.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |