İKT LAB-da AREA-nın təşkilatçılığı ilə uşaqlar üçün robot texnologiyaları üzrə ROBOMONTE təlimi keçiriləcəkdir.
ROBOMONTE NƏDİR?
Montessori təlimi metodu və Robot mühəndisliyi proqramının birləşməsidir. Proqram uşaqları aktiv, yaradıcı olmağa təşviq edir. Praktiki robot dəstləri, uşaqlarda düşüncə gücu ilə açılmış oyunun azadlığı və yaradıcılığını təmin edir. Bu proqram uşaqların diqqətini gücləndirmək, bədii bacarıqları artırmaq, məntiqi təfəkkürün inkişafına təşviq etmək və özünə inamı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.
Təlim 4-7 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulmuşdur.
Təlim proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
http://iktlab.az/course/yay-dushergesi/robomonte/93