10 Oktyabr Zaqatalada İKT-Robototexnika Mərkəzi yaradılıb

Zaqatalada İKT-Robototexnika Mərkəzi yaradılıb

2021-ci ilin 10 oktyabr tarixində “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC və AREA Robotexnika Mühəndisliyi Akademiyasının birgə əməkdaşlığı ilə Zaqatala Regional Mərkəzində İKT-Robototexnika Mərkəzi açılmışdır.

Mərkəzin açılmasının əsas məqsəd orta məktəb şagirdləri, tələbələr və gənclərin süni intellekt, mühəndislik, robototexnika səhələri üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Mərkəzdə müxtəlif yaş kateqoriyalarına görə aşağıdakı təlimlər keçiriləcəkdir:

4-7 yaş üçün “ROBOMONTE” təlimi (Montosori + Robotexnika): kiçik yaşlı uşaqların məntiqi düşünmə qabiliyyətini inkişaf etdirən və texnoloji biliklərini artıran təlim. 

8-12 yaş üçün “MƏN PİLOTAM” təlimi (Dronların öyrənilməsi + yığılması + test edilməsi): məktəblilər üçün dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək üçün təlim.
 
13-35 yaş üçün “AREAduino” təlimləri (Mürəkkəb kodlama + Arduino Platfroması ilə işləmə + Əşyaların interneti texnologiyaları): Peşəkar robot və kodlaşdırma təlimi.

© İKT LAB Tətbiq və Tədris Mərkəzi 2024
  • |